
“Miss Turkey 2017” gözəllik müsabiqəsinin qalibi Itır Eseni həbs cəzası gözləyir. Gözəllik müsabiqəsinin qalibi öz Twitter səhifəsində 2016-cı il 15 iyulda Türkiyədə dövlət çevrilişi cəhdi zamanı şəhid və qazi olanları təhqir etdiyinə görə barəsində cinayət işi açılıb.
Gununsesi.info “hurriyet”ə istinadən xəbər verir ki, artıq gözəllik müsabiqəsinin qalibini həbs cəzası gözləyir.
Esen istintaqda ifadə verib və Twitter səhifəsində paylaşdığı mesajın da ona aid olduğunu təsdiqləyib. Bundan sonra Esenin gözəllik kraliçası tacı əlindən alınıb.
Qeyd edək ki, Esen 22 sentyabr 2017-ci ildə “Miss Turkey 2017” gözəllik müsabiqəsinin qalibi olub.
O, 15 iyul dövlət çevrilişinin birinci ildönümü ərəfəsində şəhid və qazilər haqqında aşağılayıcı, təhqiredici ifadələr işlədib və bunu öz Twitter səhifəsində paylaşıb. Esen barəsində 3 nəfərin şikayəti əsasında cinayət işi başlanılıb və onu həbs cəzası gözləyir.


Gununsesi.info











