Güləşçimiz Avropa ikincisi oldu

  • By admin
  • 10 Mart 2022 21:32

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında final görüşünə çıxıb.

Gununsesi.info-nun  məlumatına görə, 55 kq çəki dərəcəsində rəqib rumıniyalı Andreya Beatris Ana olub.

Rəqibinə 0:12 hesabı ilə uduzan Məmmədova gümüş medalla kifayətlənib.

50 kq-da yer alan Şəhanə Nəzərova isə bürünc medal görüşündə almaniyalı Liza Erselə uduzaraq (8:9) 5-ci yeri tutub.

Gununsesi.info