Gürcüstanda 40-dan çox məscid təmir olunacaq

  • Müəllif: admin
  • 14 Mart 2017 21:18

 

mescid temir

Bu il Gürcüstanda 40-dan çox məsciddə əsaslı təmir işləri aparılacaq.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib. Onun sözlərinə görə,  hazırda azərbaycanlıların kompakt yaşadığı bir neçə bölgələrdə yeni məscidlərin inşası və əsaslı təmiri başa çatmaq üzrədir: “GMİ ötən illərdə olduğu kimi, bu ildə də 40-dan çox məsciddə təmir işi aparmağı planlaşdırıb”.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Qardabani rayonunda və rayonun Qara Təhlə kəndində inşa olunan məscidlərin vəziyyəti ilə yaxından tanış olub. Xeyriyyəçilər  tərəfindən tikilməkdə olan məscidlərə GMİ tərəfindən maddi yardım göstərilib. Məscidlərin ilin sonuna qədər tam istifadəyə verilməsi nəzərdə tutulur.

GMİ şeyxi gələcəkdə əhalinin maddi dəstəyi ilə yeni məscidlərin tikintisinə dövlətin də dəstəyi olacağını bildirib. O, bu istiqamətdə müsəlmanların problemlərinin həllinə çalışacağını bildirib.

Gununsesi.info