Həbsxana rəisi Rüfət Səfərovu qəbul edib - Vəkil sabiq müstəntiqdən xəbər gətirdi

  • By admin
  • 19 Sentyabr 2016 15:50

Rufet-sefer

Bir neçə gündür ki, hazırda həbsdə olan Rüfət Səfərovun həyatının təhlükədə olması barədə sosial şəbəkədə informasyalar yayılır. 

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, üsyankar müstəntiqin yanına qəsdən adam öldürməyə görə 18 il azadlıqdan məhrum edilən şəxs salınıb. Bu gün R.Səfərovun vəkili Bəhrus Bayramov onunla görüşüb. Vəkilin sözlərinə görə,  yaranmış narahatlıqla bağlı  Bakı şəhər 1 saylı İstintaq Təcridxanasının rəis əvəzi  Rəşid Səfərov saat 10-11 radələrinə Rüfət Səfərovu şəxsən qəbul edib: “Görüş zamanı rəis müavini yayılan xəbərlərər görə, öz dərin narahatlığını bildirib.  O, Rüfət Səfərova bildirib ki, digər dustaqlar kimi təcridxanada onun da  təhlükəsizliyi təmin edilib. Əgər saxlama şəaitindən və yerindən şikayəti varsa, yerinin dəyişdirilməsi üçün rəhbərliyə müraciət edə bilər. Rüfət Səfərov isə hələlik buna ehtiyac olmadığını bildirib. Həqiqətən də həmin şəxs 18 il 6 ay azadlıqdan məhrum olunub. Residivistliyi yoxdur, ilk cinayətidir. Hər bir halda Rüfət kimi məhbusla belə bir şəxsin bir yedə saxlanması həyəcan doğurur”-, deyə o bildirib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur. 

Gülnaz Qənbərli

Gununsesi.info