Həbsxanada qanlı toqquşma baş verdi, 25 nəfər öldü

  • By admin
  • 17 Oktyabr 2016 10:58

turme1

Braziliyada həbsxanada baş verən toqquşma 25 nəfərin ölümü ilə nəticələnib.

Gununsesi.info “İnterfax” agentliyinə istinadən məlumat verir ki, Braziliyanın şimalında yerləşən Rorayma ştatında həbsxanada iki qruplaşma arasında toqquşma olub.

Tərəflər bıçaq və ağac dəyənəklərdən istifadə ediblər.

Popayma ştatının ədliyyə nazirinin bildirdiyinə görə, insident qohumların dustaqlara baş çəkməsi zamanı baş verib. Həbsxananı ziyarət edənlərdən təxminən yüz nəfər bir müddət girovluqda qalıb.

Toqquşmanın qarşının alınması üçün həbsxanaya xüsusi təyinatlılar yeridilib, insidentin qarşısı alınıb. Həbsxanaya ziyarətə gələnlər arasında zərər çəkən olmayıb.

Gununsesi.info