Hərəkətdə olan yük maşını yanmağa başladı - FOTOLAR

  • Müəllif: admin
  • 18 Avqust 2019 21:16

Otla dolu “Maz” markalı yük maşını hərəkətdə olarkən yanmağa başlayıb.

Gununsesi.org xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 360 km-də, Göygöl rayonunundan keçən hissəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü sürücü Həşimov Vüsal Həsən oğlu alışmanın qəfil baş verdiyini bildirib.

 Hadisə yerinə Göygöy rayon Yanğından Mühafizə Bölməsinin iki yanğınsöndürən maşını cəlb olunub.



Gununsesi.org