Hər il əhalinin hər yüz min nəfərindən 500-ə yaxını anemiya ilə xəstələnir

  • Müəllif: admin
  • 28 Oktyabr 2016 21:47

qan

 

Azərbaycanda əhalinin 100 min nəfərindən 435,3 nəfəri anemiya xəstəsi kimi müalicə-proflaktika müəssisələrində qeydiyyatdadır.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazırda müalicə proflaktika müəssisələrində 41 722 nəfər anemiya xəstəsi qeydiyyatdaır.

2000-ci ildə bu rəqəm 28780 nəfər olub.

Ötən il 45798 nəfər ilk dəfə qoyulan diaqnozla anemiya xəstəsi kimi qeydə alınıb. Bu da o deməkdir ki, bir il ərzində 100 000 əhalidən 480,6 nəfəri anemiya problemi ilə üzləşib.

Qeyd edək ki, anemiya xəstəliyi ilə üzləşənlərin sayı artır.

Belə ki, 2010-cü ildə ilk dəfə qoyulan diaqnozla 38706 anemiya xəstəsi qeydə alınıb. 2000-ci ildə isə bu rəqəm 22011 nəfər olub ki, bu da hər 100 000 nəfər əhaliyə 276,7 nəfər deməkdir.

 

Gununsesi.info