Hacıqabul sakini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişdi

  • Müəllif: admin
  • 04 İyul 2017 21:29

ambulani

Hacıqabul sakini ehtiyatsızlıq nəticəsində ölüb. 

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə,  1997-ci il təvəllüdlü Qasımov Tural Ramiz oğlu su nasosunu təmir edərkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Meyit ekspertiza üçün Şirvan şəhər morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info