
Türkiyənin pop ulduzu Hadisə hər kəsi təəccübləndirəcək bir addım atıb. “Gununsesi.org” xəbər verir ki, ifaçı ötən gün instaqram səhifəsində foto paylaşaraq müzakirələrə səbəb olacaq şərh yazıb: “Şlyapam və mən. Bəyənməyənlər fotonu “zoom” etsin. Onlara gözəl bir hədiyyəm var”.
Şəkli yaxınlaşdırdıqda isə Hadisənin barmağı ilə qeyri-etik işarə göstərdiyi məlum olub. O, belə yola əl ataraq son zamanlar geyimini tənqid edənlərə cavab verib. Müğənninin bu addımı istər media, istərsə də, sosial şəbəkələrdə tənqid atəşinə tutulub.
Müğənni instaqram səhifəsində qalmaqala səbəb olan foto barədə açıqlama yayıb: “Dünən paylaşdığım fotoya “skandal” deyən şəxslərə sözüm var. Bəs təhqir yazanlara niyə susursuz? Mən sənətçiyəm, amma insanam da… İnsanlar mənə və başqasına söyüş dolu mesajlar yazanda onlara “Bu tərzdə şərh yazmağınız skandaldır” deyən görmədim. Bir az rahat olaq. İnsanlar sosial şəbəkəni bu qədər ciddiyə alırlar? Əylənmək üçün atılan bir addımı bu qədər uzatmayaq. Təkcə pis yox, yaxşı yazılan rəylərdən də xəbər hazırlasınlar. Mən əylənməyi və əyləndirməyi sevirəm”.












