“Harry Potter” alkoqol asılılığından necə xilas olub?

  • By admin
  • 12 İyul 2016 10:14

harry

 

“Harry Potter” rolu ilə məşhurlaşan aktyor Deniel Redkliff alkoqolizmlə necə mübarizə aparmasından danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, uzun müddət bu asılılıqdan əziyyət çəkən ulduz çəkilişlərə də zamanında getmir və bu onun yaradıcılığına ciddi zərbə vururdu.

Alkoqol asılılığından qurtulmaq üçün aktyor idmana üz tutub. 26 yaşlı aktyorun sözlərinə görə, yalnız ciddi şəkildə idmanla məşğul olandan sonra bu zərərli vərdişindən imtina etməyi bacarıb.

Gununsesi.info