
Venesuelada hakimiyyətin istefası tələbi ilə keçirilən etiraz aksiyaları zamanı 35 nəfər dünyasını dəyişib.
Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkə prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, son bir ya ərzində keçirilən aksiyalarda 35 nəfər ölüb, 717 aksiya iştirakçısı isə müxtəlif dərəcəli xəsarət alıb.
Ən çox ölüm hadisəsi ölkə paytaxtı Karakasda qeydə alınıb. Belə ki, paytaxta 18 nəfər dünyasını dəyişib.
6 nəfər Karabobo ştatında, 5 nəfər Laredə, Meri və Mirande ştatının hərəsində 2 nəfər, Barinas və Taçira ştatlarının hərəsində isə bir nəfər ölüb.
Aksiyalar zamanı bir milli qvardiya döyüşçüsü də dünyasını dəyişib.
Ölüm hadisələri ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Aprelin 4-də isə tələbə hərəkatının lideri öldürülüb.

Mürtəza
Gununsesi.info












