İbrahim Tatlısəs: “Bığlarımı qırxacam”

  • By admin
  • 10 İyun 2016 13:08
ibo
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs “bir daha oxuya bilməyəcək” şayiələrinə çox iddialı bir cavab verib: “Əgər albom çıxara bilməsəm, bığlarımı kəsərəm!” Türkiyə mətbuatı bildirir ki, məşhur müğənni onu iflic hesab edənlərə də cavab verib:  “Bu gün hava limanında biri gəlib qoluma girdi. “Səni iflic bilirdim”  dedi. Mən, iflic deyiləm. Qaçıram, uşaqlarımla zarafatlaşıram. Məni görüncə qoluma girməyin. Bu yaxınlarda bomba kimi gəlirəm”.
Xatırladaq ki, Türkiyənin musiqi aləminin imperatoru hesab edilən İbrahim Tatlısəs  2011-ci il martın 14-də, gecə saat 00:14-də Bəyaz TV-nin yerləşdiyi binanın həyətində silahlı hücuma məruz qalmışdı.