İcazəsi olmayanlar evdən bu hallarda çıxa biləcək

  • By admin
  • 19 İyun 2020 17:50

Xəbər verdiyimiz kimi, Operativ Qərargah sərt karantin rejimi ilə bağlı şərtləri açıqlayıb.

Gununsesi.org xəbər verir ki, icazəsi olan şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

– təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

–  ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

– yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bununla bağlı  8103 nömrəsinə SMS – məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir).

 

 

Gununsesi.org