Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində iki yük maşını toqquşub.
Gununsesi.info xəbər verir ki, yol-qəza hadisəsi zamanı “KAMAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1966-cı il təvəllüdlü Zeynalov Əfqan Böyükkişi oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.