İlin sonunadək Amerika ilə Rusiya arasında müharibə ola bilər - ANALİTİK

  • By admin
  • 19 Oktyabr 2016 12:20
rusiya-abs
Amerika ilə Rusiya arasında müharibə ehtimalı artır. İlin sonunadək Amerika ilə Rusiya arasında müharibə ola bilər.
Gununsesi.info xəbər verir ki, belə bir qənaətə Startfor analitik agentliyi gəlib. Bu barədə analitik  mövqeyini ortaya qoyan Startfor Amerika ilə Rusiya arasında hərbi toqquşma Suriyadakı problem üzündən ola bilər: “ABŞ bu məqsədlə Suriyadakı sünni qiyamçılarını gücləndirməkləvə bu yolla Rusiya ilə dialoqu kəsmək istəyir. Yaranmış situasiya ilin son rübündə iki ölkə arasındakı hərbi toqquşma ehtimalını gücləndirir. Hərbi toqquşma amilinin şərtləndirən digər məqam isə Amerikanın dəsətəyi ilə Türkiyənin Suriyada quru hərbi əməliyyatlarını bşlamasıdır”.
Startfor hesab edir ki, Moskva Suriyada hərbi mövqeyini möhkəmləndirməklə danışıqlar  prosesində mövqeyini gücləndirmək istifadə edəcək:  “Vaşinqton isə Barak Obamanın prezidentlik dövrü bitdiyi bir ərəfədə Rusiya ilə Suriya məsələsində hər hansı  razılığa gəlmək niyyətində deyil. Ona görə də, ABŞ Mosul və Rakkada İŞİD-ə qarşı hücumlarını aktivləşdirəcək. Bununla yanaşı  Vaşinqton Moskva ilə hərbi toqquşmanı minimuma endirmək üçün  aşağısəviyyəli əməkdaşlıq edəcək.Moskva isə yaranmış durumdan istifadə edib Hələb ətraında mövqelərini gücləndirməyə çalışacaq. Bununla yanaşı hərbi aktivliyini artırmaqla ABÇ-ın yeni prezidenti ilə danışıqlar üçün mövqeyini gücləndirmək istəycək”.
Gununsesi.info