
2015-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin siyahısında ilk yeri tənəffüs orqanlarının xəstəlikləri tutub.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,2015-ci ildə 0-13 yaşlı uşalardan 343 289 nəfərinə ilk dəfə tənəffüs yolu xəstəliyi diaqnozu qoyulub.
Ümumillikdə, isə qeyd olunan yaşda olan 673391 uşağa müxtəlif növ xəstəliklərlə bağlı ilkin diaqnoz qoyulub.
Onların arasında həzm sistemi xəstəlikləri (49 908 nəfərdə), sinir sisteminin xəstəlikləri (35779 nəfər), qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar (30108 nəfər), endokrin sisteminin xəstəlikləri maddələr mübadiləsi və qidalanma pozğunluqları (14 943 nəfər), travmalar, zəhərlənmə və xarici səbəblərin təsirinin digər nəticələrindən xəstələnənlər (31 073 nəfər) üstünülük təşkil edib.
Ötən il, həmçininn 0-13 yaşlı 297 uşaqda yeni törəmələr aşkarlanıb.
Gülnaz Qənbərli
Gununsesi.info











