İmam Hüseyn məscidi təmir olunacaq - 29 İLDƏN SONRA

  • By admin
  • 11 İyul 2017 11:38

740984_493438

Bu günlərdə Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidinin təmirinə başlanacaq. 

Gununsesi.info xəbər verir ki, bu haqda “moderator.az”a məscidin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül məlumat verib.
Onun sözlərinə görə, təmirin bütün maliyyə xərclərini Heydər Əliyev fondu üzərinə götürüb. Müvafiq dövlət qurumlarının  hesablama işlərindən sonra 1988-ci ildən bəri bir dəfə də tam həcmdə təmir olunmamış,  bu unikal arxitekturaya məxsus  İslam ibadətgahında bərpa işlərinə başlanacaq. Hacı Əbdül məscid icması adından prezident İlham Əliyevə,  birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını və təşəkkürünü çatdırıb. “İslam tarixinin və dünyasının ən böyük simalarından birinin adını daşıyan belə bir məscidin təmirinə sərmayə qoymaq Allah qarşısında böyük savabdır” – deyə icma rəhbəri bildirib.
Xatırladaq ki, Yasamal rayonu Abdulla Şaiq və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən İmam Hüseyn məscidi 1890-cı illərdə xeyriyyəçi Hacı Hacıbaba tərəfindən inşa olunmuşdur. 1920-ci ildə bolşevik çevrilişindən sonra məscid bir müddət bağlı qalmışdır. Lakin sonralar yenidən açılmış və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra  fəaliyyətini davam etdirmişdir.  Məscid unikal memarlıq üslubuna malikdir. Hacı Əbdülün sözlərinə görə, dünyada yeganə olan  bu üslubdan Heydər məscidinin tikintisində də istifadə edilmişdir.
Gununsesi.info