
Yaponiyanın 83 yaşlı imperatoru Akihito bir ilkə imza atıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşlandığı üçün vəzifəsini yetərincə icra edə bilməyəcəyindən narahat olduğunu söyləyən Akihito taxtı tərk edərsə, son 200 ildə taxt-tacdan imtina edən ilk imperator olacaq.
Belə ki, yaxın vaxtlarda Yaponiya Nazirlər Kabinetinin 83 yaşlı imperatorunun taxtı tərk etməsinə icazə verən qanun layihəsini təsdiqləyəcəyi gözlənilir.
Xatırladaq ki, 2016-ı ildə Akihito xalqa müraciət edərək sağlamlıq problemlərinə görə vəzifəsini artıq yerinə yetirə bilməyəcəyini bəyan edib.
Akihito bildirib ki, ürək əməliyyatı keçirib, hazırda isə xərçəngə qarşı müalicə alır, məhz, bu səbəbdən də vəzifəsini icra edə bilməyəcək.
İmperator Akihitodan sonra taxta 57 yaşlı şahzadə Naruhito gələcək.
Anar
Gununsesi.info












