İrəm Dərici tənqid edildi: “Kaş təmiz və mərdliyini meydanda görəydik”

  • By admin
  • 18 İyul 2016 18:20

sevinc

 

Gununsesi.info türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu türkiyədə baş verən çevriliş cəhdinin söz-söhbəti sosial şəbəkədə hələ də davam etməkdədir. Bu dəfə bu müzakirəyə müğənni İrəm Derici tuş gəlib. İfaçı Fernando Pessoanın “Heç bir istəməməyin sevinci” adlı kitabdan fikir paylaşıb:

“Heç  bir zaman başa düşülməyi istəmədim. Anlaşılmaq fahişəlik etməkdir. Bütün təmizliyim və hörmətimlə söyləyirəm: başa düşülməyən və bilinməz insan olaraq ciddiyə alınmağı üstün tuturam”.

Bu fikri oxuyan izləyicilər isə İrəmi tənqid atəşinə tutub onu meydana çıxaraq etiraz etməməkdə günahlandırıb:

“Türk millətini ən pis günündə tək qoyan fahişədən də betərdi gülüm. Təmiz və mərd olaraq kaş ki, sizi meydanda da görəydik. Artıq yalnızsınız ən azından mən sizi bu gündən tanımıram. Biz düşmənə yazmırıq sizdən dəstək gözləyirdik deyə sizə yazırıq amma artıq Amerika vətəndaşı necəsə siz də elə”.

 

Gununsesi.info