İrandan Türkiyəyə atılan raket zərərsizləşdirildi

  • Müəllif: Firuzə
  • 30 Mart 2026 19:10

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin məhv edildiyini açıqlayıb.

Gununsesi.info  nazirliyin yaydığı bəyanata istinadən xəbər verir ki, sözügedən raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bildirilib ki, Türkiyə ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı qətiyyətli şəkildə tədbirlər görülür.

“Ölkəmizin təhlükəsizliyi prioritetdir. Regionda baş verən bütün proseslər diqqətlə izlənilir və hər hansı riskə qarşı tərəddüdsüz addımlar atılır”, – deyə bəyanatda vurğulanıb.

Gununsesi.info