İraq Fransanın 3 vətəndaşını edam edəcək

  • Müəllif: admin
  • 26 May 2019 18:26

İraq məhkəməsi Fransanın 3 vətəndaşını İŞİD-ə qoşulduğu üçün edama məhkum edib.

“Gununsesi” xarici KİV-ə istinadən xəbər verir ki, Kevin Qonu, Leonerd Lopez və Salim Maşou asılacaqlar.

Onlar Suriyada ələ keçirilmiş və fevralda 9 nəfər Fransa vətəndaşı ilə birlikdə İraq hökumətinə təhvil verilmişdilər.