Təyyarəyə yarım saat gecikən nazir istefa verməli oldu

  • Müəllif: admin
  • 26 May 2019 18:22

İş səyahətinə çıxacağı təyyarəni yarım saatdan çox gecikdirən meksikalı nazir istefa verməli olub.

“Gununsesi” xarici KİV-ə istinadən xəbər verir ki, sərnişinlərin və medianın etirazı ilə qarşılaşan Ətraf Mühit və Təbii Sərvətlər naziri Josefa Gonzalez-Blanko istefa verib.

İstefa səbəbini sosial şəbəkə vasitəsilə açıqlayan nazir “ədalət və bərabərlik dəyərlərinə uymalıyıq” sözlərini işlədib: “Heç bir səbəbi yoxdur. Heç kim üstünlüyə sahib olmamalıdır. Bir nəfərin mənafeyi çoxluğun rifahından üstün olmamalıdır”.

Qeyd edək ki, Josefa Gonzalez-Blanko Meksikada bir həftədə istefa verən ikinci nazirdir.