İrina Zaretska: "Azərbaycan xalqına təşəkkür edirəm"

  • By admin
  • 12 Avqust 2021 14:42

Olimpiadada uğur qazanmağımda mühüm rol oynayan fəal dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirəm. Hər zaman sizin fəxriniz olmağa çalışıram və bundan sonra da çalışacağam.

Gununsesi.info xəbər verir ki, bunu “Tokio-2020” XXXII Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi İrina Zaretska deyib.

Karateçimiz qızıl medal qazanmaq üçün cəmi 1 saniyənin çatmadığını bildirib. Zaretska qeyd edib ki, qazandığı medal onun üçün motivasiyadır.

“Bu, hamımızın uğurudur. Mənə azarkeşlik etdiyiniz üçün sizə təşəkkür edirəm. Finaldan sonra dəstək sözləri yazan, mənə təsəlli verən hər kəsə minnətdaram. Bütün bunlar qəlbimi oxşayır, göz yaşlarıma səbəb olurdu. Qarşıda dünya çempionatı var. Karate yenidən Olimpiadanın proqramına daxil edilsə, mütləq orada da iştirak edəcəyəm. Baş məşqçimə də bu barədə demişdim, bu yarışdan sonra heç nədən çəkinmirəm. Bu, ən yüksək səviyyə idi. Bundan sonra elə bir özünəinam hissi yaranır ki, istənilən yarışda böyük uğur qazana bilərsən. Dünya çempionatında daha yaxşı formada olacağam. Olimpiya Oyunları artıq arxada qalıb. Bundan sonra döyüşmək mənə görə daha rahat olacaq”.