İraqın Kərkük şəhərində İŞİD üzvü 2 terrorçu-kamikadze amerikalı həbi müşavirlərin yerləşdiyi K1 hərbi bazasının girişində özünü partladıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” hərbi dairələrə istinadən məlumat yayıb.
Hücuma hazırlaşan 3 kamikadze isə peşmərgə qüvvələri tərəfindən zərərsizləşdirilib.
“Onlar kürd peşmərgə qüvvələrinin geyimində idilər. Bizlərdən seçilməmək üçün saqqallarını qırxmışdılar”, – hərbçilərdən biri deyib.
Qeyd edək ki, olay zamanı 2 kürd döyüşçü öldürülüb, 6-sı isə yaralanıb.
Gununsesi.info