
Mayın 24-də “İraq və Şam İslam Dövləti” (İŞİD) Terror Təşkilatının daha bir lideri öldürülməsiylə bağlı xəbər yayılıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın Ordu Qüvvələri Hələbin şərqində həyata keçirdikləri hərbi əməliyyat nəticəsində İŞİD-in “döyüş naziri” Əbu Musab Əl-Masri bu saatlarda məhv edilib.
Qeyd edək ki, Suriya Dövlət Televiziyası əməliyyat zamanı Hələbin şərqində İŞİD-in “döyüş naziri” Əbu Musab Əl-Masrin öldürüldüyü xəbəri təsdiqlənib.
Anar
Gununsesi.info












