İsrail Beyt Lahiyada iki evi vurdu: - Ən azı 7 nəfər öldü

İsrail ordusu Qəzzada dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hava hücumunda Qəzza zolağının şimalındakı Beyt Lahiyada iki ev vurulub.

Ən azı 7 fələstinlinin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilir.

Qeyd edək ki, İsrail qüvvələri 395 gündür Qəzza zolağına hücumlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda bölgədə 3 hücumda 33 fələstinlinin həyatını itirdiyi, 156 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi hücumların balansının da yer aldığı açıqlamada can itkisinin 43 min 374-ə, yaralı sayının isə 102 min 261-ə yüksəldiyi bildirilib.

Orxan Saffari

Gununsesi.info