İsrail Qəzzada uşaq xəstəxanasını vurub

  • Müəllif: Firuzə
  • 17 Sentyabr 2025 13:23

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Əl-Rantisi Uşaq Xəstəxanasını atəşə tutub.

Gununsesi.info xəbər verir ki,  bu barədə Fələstin hökuməti məlumat yayıb

“Xəstəxananın yuxarı mərtəbələri bir-birinin ardınca bir neçə dəqiqə ərzində üç dəfə hücuma məruz qalıb. Bu cinayət İsrailin Qəzza zolağında səhiyyə sistemini çökdürmək üzrə ardıcıl siyasətini təsdiqləyir”, – məlumatda qeyd olunub.

Əl-Rantisi Uşaq Xəstəxanası Qəzza zolağında xərçəng, eləcə də tənəffüs və mədə-bağırsaq xəstəlikləri diaqnozu qoyulmuş uşaqlara tibbi yardım göstərən yeganə müəssisədir. 80 xəstədən 40-ı sığınacaq axtarmaq üçün xəstəxananı tərk edib. Müalicə olunan uşaqların yarısı, valideynləri və tibb işçiləri ilə birlikdə daha da atəşə tutulma riskinə baxmayaraq, binada qalıblar.

 

Gununsesi.info