Beynəlxalq aktyorlar sentyabrın 22-də başlayacaq BMT Baş Assambleyasını Qəzzada qətliamlara rəhbərlik edən İsrail liderlərini cəzalandırmaq üçün bir fürsət kimi görürlər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin təşəbbüsü ilə avqustun 25-də Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə toplantısında məqsəd İsrailin Qəzzada həyata keçirdiyi soyqırım siyasətlərinə qarşı atılacaq addımları nəzərdən keçirmək , yeni qərarlar qəbul etmək və koordinasiyanı gücləndirmək olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına bir aydan az qalmış bu görüşün vaxtı da əhəmiyyətli idi. Bir çox beynəlxalq təşkilatlar, xüsusilə İƏT və ayrı-ayrı ölkələr sentyabrın 22-də başlayacaq BMT Baş Assambleyasını Qəzzada mövcud qırğınlara son qoymaq, onları törədən İsrail liderlərini cəzalandırmaq və Fələstin problemini iki dövlət çərçivəsində həll etmək üçün həlledici platforma və fürsət kimi qiymətləndirirlər. BMT öz funksiyasını itirib, BMT Nizamnaməsinin tələblərini yerinə yetirmək iqtidarında olmayan bir quruma çevrilsə də, illik Baş Assambleya davam edən qlobal münaqişə və mübahisələrin tərəfləri üçün öz arqumentlərini çatdırmaq və ictimai rəyi səfərbər etmək üçün mühüm diplomatik vasitə kimi xidmət etməkdə davam edir.
Orxan












