İstanbulda məktəblər bir günlük bağlanır

  • By admin
  • 29 Noyabr 2021 23:20

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

Gununsesi.info xəbər verir ki, İstanbulda təbii fəlakətlə əlaqədar məktəblərdə noyabrın 30-da ənənəvi təhsil dayandırılacaq.

Bu barədə İstanbul valisi Əli Yerlikaya Tvitterdə məlumat verib.

Vali həmçinin qeyd edib ki, dövlət müəssisələrində çalışan əlil və hamilə kadrlar icazəli hesab olunacaq.

Gununsesi.info