İtaliya A Seriyasının taleyi mayın sonunda bəlli olacaq

  • By admin
  • 20 May 2020 15:59

İtaliyada yerli liqaların gələcəyi ilə bağlı yekun qərar mayın 28-dəki iclasda qəbul olunacaq.

Gununsesi.org-un məlumatına görə, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora “TGsport Rai2” telekanalına açıqlamasında deyib.

Hökumət rəsmisi bildirib ki, məsələ ilə bağlı artıq İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina və A Seriyasının rəhbəri Paolo Del Pino ilə görüş keçirib: “İclasda çempionatın nə vaxt və necə bərpa olunacağına qərar verəcəyik. Mövsümü yenidən başlatmaq istəyirik ki, başa çatdıra bilək. Futbol yenidən başlamalıdır”.

İdman nazirinin sözlərinə görə, Fransa Futbol Federasiyası kimi davranmaq və liqaları ləğv etmək daha asan qərar olardı: “Amma belədə məni futbolun düşməni elan edərdilər. Bu axşamdan idman zallarında və mərkəzlərində məşqlərin təhlükəsiz şəkildə bərpa olunması üçün təlimatlar Nazirliyin saytında yerləşdiriləcək”.

Qeyd edək ki, İtaliya klubları mayın 18-dək kiçik qruplar şəklində məşqləri bərpa ediblər.

 

 

Gununsesi.org