
“Sanderlend”in hücumçusu Jermen Defo İngiltərə millisinə dəvət alıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 34 yaşlı futbolçus 3 illik fasilədən sonra yenidən yığmaya çağırılıb.
İngiltərə millisində 55 oyun keçirən Defo 19 qol vurub. O, cari mövsüm İngiltərə Premyer Liqasında 27 oyuna 14 dəfə rəqib qapılarına yol tapıb.
Gununsesi.info











