Kəlbəcərin yeni icra başçısını yaxından tanıyaq - DOSYE

  • By admin
  • 13 May 2020 15:29

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Gununsesi.org-un xəbərinə görə,  Azər Bəhlul oğlu Qocayev 1985-ci il sentyabrın 7-də Sumqayıt şəhərinədə anadan olub. 1992-2003 illərdə Sumqayıt 31 saylı orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə də Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsinə daxil olub.

2007-ci ildə həmin Universiteti bitirərək həqiqi hərbi xidmətə yollanıb. 2009-cu ildə “Bakı Elektrikşəbəkə ASC”-də mühəndis vəzifəsində çalışıb. 2010-cu ildə “Azərenerji” ASC-nin Sumqayıt ES-də mühəndis vəzifəsində çalışıb.

2012-ci ildə “Sumqayıt REŞ” MMC-də mühəndis işləyib. 2015-ci ildə “Azərişıq” ASC-də mühəndis vəzifəsində çalışıb. 2017-ci ildən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.

Yeni Azərbaycan Partiyasının üzvüdür.