Kərə yağı və şirniyyat qutularının içərisində gizlədilən siqaret aşkarlandı

  • Müəllif: admin
  • 29 Oktyabr 2016 14:10

siqa

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info