Kavani ¼ finalda fransızlarla oyunu buraxa bilər

  • By admin
  • 04 İyul 2018 18:04

Uruqvay yığmasının hücumçusu Edinson Kavani dünya çempionatının ¼ finalı çərçivəsində Fransa ilə oyunda iştirak etməyə bilər.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “L`Equipe” nəşri məlumat yayıb.

Məlumatlara görə, məşqçilər korpusu futbolçunun oyuna çıxıb-çıxmayacağı ilə bağlı hələlik yekun qərar verməyiblər.

Kavani iyunun 30-da Portuqaliya yığmasına qarşı keçirilən oyun zamanı Uruqvaya qələbə gətirən 2 qolun müəllifi olub və ikinci hissədə zədənələnərək meydanı tərk edib.

Uruqvay-Fransa oyunu iyulun 6-sı Bakı vaxtı ilə 18.00-da başlayacaq.