Kaxovkadakı fəlakətlə bağlı Azərbaycan Ukraynaya humanitar yardım göndərir

Azərbaycandan Ukraynaya humanitar yardım göndərilir.

Gununsesi.info xəbər verir ki, humanitar yardım bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınır.

Qeyd edək ki, Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkçələr və digər ləvazimatlar göndərilir.