Kılıçdaroğlundan siyasi həmlə: Sinan Oğana zəng etdi

  • By admin
  • 15 May 2023 12:32

Millət İttifaqının ortaq namizədi Kamal Kılıçdaroğlu seçkilərdə 5.3 faiz səs qazanan Sinan Oğana zəng edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xalq Tv-nin proqramçısı Barış Pəhlivan məlumat verib.  Onun sözlərinə görə, Kılıçdaroğlu ATA İttifaqının Prezidentliyə nammizədi Sinan Oğana zəng edərək, onu aldıqları səslərə görə təbrik edib.

Pəhlivanın iddiasına görə, prezidentliyə iki namizəd arasında bir görüş gerçəkləşəcək.

Tərcümə: Arzu

Gununsesi.info