“Kim narazıdırsa, əlini qaldırsın” - DİREKTOR (FOTO)

  • Müəllif: admin
  • 10 Mart 2017 17:00

AGCİYER

Bu gün Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru geniş iclas keçirərək əməkdaşlarına xəbərdarlıq edib.

Gununsesi.info-nun institutdakı mənbəsinin verdiyi məlumata görə, institun direktoru Həqiqət Qədirova şöbə müdirlərinə iclas keçirib. H.Qədirova onlara hədə-qorxu gələrək deyib ki, mənim haqqımda məlumatları mətbuata kim sızdırır?  Direktor qeyd edib ki,  məndən şikayət etmisiniz, ancaq bunu yanınıza buraxmayacam: “Dedi ki, axı siz kimsiniz ki, məndən mətbuata şikayət edirsiniz. Onlar da nazirliyə zəng ediblər. Canınız çıxacaq təmiri elə özünüzə etdirəcəm. Kim narazıdırsa, əlini qaldırsın. Təbii ki, heç kim iş yerini itirmək istəmir deyə, cınqırını da çıxartmadı. Sonda isə deyib ki, onsuz da məlumatı mətbuata ötürəni tapıb, haqqında tədbir görəcəm”.

Mənbənin sözlərinə görə, H.Qədirova bu gündən başlayaraq, institutda yerdəyişmələrə başlayıb. Belə ki,  laboratoriya ilə ambulator poliklinikanı bir yerə yığıb: “16 ildən çoxdur ki, bu şöbələr oturuşub, kabinetlərdə öz sahələrinə uyğun olaraq,  təmir və avadanlıq quraşdırılması işi başa çatdırılıb”.

Mənbənin  sözlərinə görə, hazırda institutun fəaliyyəti  iflic vəziyyətinə düşüb. Buna görə də xəstələrə keyfiyyətli xidmət göstərmək mümkün deyil. Mənbə bildirir ki, həmin şöbələr bir neçə ay bundan əvvəl təmir edilib. Hər il də cari təmir işləri aparılır. Həm də şöbələrin öz hesabına.  Dövlətin təmir üçün ayırdığı pulların hara xərcləndiyini isə bəlli deyil: “Laboratoriya ilə ambulator poliklinika şöbəsini birləşdirməklə bütün işçiləri – həm uroloq, ginekoloq, dəri həkimlərinin, həm də labarotoriya və qəbul şöbələrinin fəaliyyəti iflic vəziyyətinə düşüb.  Direktorun belə addım atmasının səbəbi isə heç kimə bəlli deyil. İnstututun əməkdaşları bunu direktorun bu sahə üzrə mütəxəsis olmamasıyla izah edirlər”.

Qeyd edək ki, H.Qədirova ixtisasca mikrobioloqdur.

mehkeme

Gülnaz Qənbərli

Gununsesi.info