“Kiminsə Amerikanı bəyənməməyi gülməlidir” - Elariz

  • By admin
  • 01 Aprel 2019 13:49

“Üç övladım var, onlar ingilis dillidirlər. Böyük qızım Ülviyyə anası və mənim yerimə bütün sənədləri verərək  “Greencard” oynadı. Bu, 6 il əvvəl olub. Hər ilin may ayında bizə zəng edirlər ki, siz udmamısız, təkrar lotoreyada iştirak etmək istəyirsiz? Biz də yenidən oynadıq, 2017-ci ilin may ayında zəng gəldi ki, siz qalib olmusuz. Həyəncanlandım, evdə tək idim, əsməyə başladım. Dilim topuq vurdu. Üstündən 5 dəqiqə sonra jurnalistlər mənə zəng vurmağa başladılar”.

Gununsesi.org xəbər verir ki, bu sözləri Amerikaya köçən müğənni Elariz Məmmədoğlu aparıcı Aynur Talıbovanın “Youtube” layihəsinin qonağı olarkən deyib.

Sənətçi övladlarının Bakıda olduğunu, xanımıyla Azərbaycandan köçdüyünü qeyd edib: “2019-ci ilin yanvarına kimi çox düşündüm. Birdən-birə qərar vermədim, tərəddüdlər var idi. Mən elə hiss etdim ki, Amerikada məni kimsə gözləyir. Baxın, övladlarımı gətirə bilməmişəm. Çünki böyük övladımın 31, ikincinin 29, sonuncunun isə 26 yaşı var. Özümlə birgə gətirmək üçün 18 yaşları olmalı idi. İndi xanımımla birgə Amerikaya gəlmişəm.

Kimsə Amerikanı bəyənmirsə, bu, gülməli hadisədir. Ora gedən kimi burada dostlarım məni qarşıladı, restoranda çalışmağa başladım. Bundan sonra, dostlarımın, repçi Elmirin (Elmir Məhərrəmov) köməkliyi ilə öz evimin sahibi oldum. Onların xanımları qab-qaşıq göndərdilər, evi yaşayacaq hala gətirdilər. İki aya yaxındır ki, Amerikadayam. Elmirin isə siyahıda adı məndən öndə olduğu üçü 6 ay tez Amerikaya köçdü”.