Kişi istəmədən özünü öldürdü

  • By admin
  • 17 Sentyabr 2019 20:18

Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.org-un xəbərinə görə, hadisə rayonun Qalakənd adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1971-ci il təvəllüdlü Tağıyev Elman Polad oğlunun Qalakənd meşəsində qeyri-qanuni yolla kəsdiyi ağac onun üzərinə düşüb. E.Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

.

Gununsesi.org