Kişilərin diqqətinə! Qadını özünüzə aşiq etməyin - YOLLARI

  • By admin
  • 08 Sentyabr 2016 18:30

qadin1

 

 

Bir dəstə qızılgül, romantik şam yeməyi, ya da birgə romantik film izləmək. Sizcə, bu, bir qadını özünə aşiq etməyə yetər?

Gununsesi.info qadını özünə aşiq etməyin yollarını kişilərə təqdim edir.

– Uşaqlara qarşı yaxşı davranın. Əgər bunu etmirsinizsə, heç olmasa qadınların yanında onlara nifrət etdiyinizi deməyin.

– Özünüzə gülməkdən qorxmayın.

– Xoşlanmasanız belə, qadına qarşı hörmətlə davranın.

– Gözləmədiyi anlarda qəhvə, ya səhər yeməyi hazırlayın. Birlikdə bir səhər yeməyi yemək belə xoşdur.

– Qorxu filmi izləyərkən sizə möhkəm sarılmasına, qolunuzdan möhkəm sıxmasına icazə verin.

– Hava soyuq olsa, pencəyinizi müvəqqəti olaraq ona verin.

– Nəqliyyat vasitələrində yerinizi yaşlı xanımlara verin.

– Qapını qadın, ya kişi – hər kəsə açın ki, nə qədər alicənab olduğunuzu görsün.

– Karaoke partilərinə qatılın. Səsiniz olmasa da, əylənməyə cəhd edin.

– Maraqlandığınız şeyləri ona da öyrədin.

– “Yaxşısan?”, – deyə soruşduğunda “yaxşıyam” deyib keçməyin. Səmimi olun.

– Sevimli içkisini unutmayın.

– Başını sinənizə qoyanda saçlarını sığallamağı unutmayın.

– Televizorun pultunu özəlləşdirməyin.

– Sevdiyiniz film, kitab, musiqilərlə bağlı həqiqətən təvazökar olun.

Gununsesi.info