“Koordinasiyalı iş qurulmalıdır” -Azay Quliyev

  • By admin
  • 18 Noyabr 2016 11:01

azay

 

Binəqədi rayonunda nəqliyyatın problemləri ilə bağlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, rayondan millət vəkili seçilmiş Azay Quliyev tədbirdə mövcud çatışmazlıqların operativ aradan qaldırılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, müvafiq dövlət qurumları arasındakı mövcud bürokratik baryerlər məsələlərin çevik həll edilməsinə maneələr yaradır. Məhz bürokratik əngəllər səbəbindən qaynaqlanan bu kimi yubanmalar isə sonda vətəndaşın ümumi dövlət qurumlarından narazı qalmasına səbəb olur. Bunun üçün də yol-nəqliyyat infrastrukturu və ictimai nəqliyyatla bağlı vətəndaş müraciətlərinə daha çevik reaksiya verilməsi üçün müvafiq dövlət qurumları arasında koordinasiyalı işin qurulması vacibdir.

Görüşdə Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli pilot layihədə qarşıya qoyulan problemlərə operativ şəkildə müdaxilə edilməsi üçün işçi qrupunun yaradılmasını təklif edib. Onun sözlərinə görə işçi qrupuna Bakı Nəqliyyat Agentliyinin, rayon icra hakimiyyətinin, bələdiyyələrin və yerlərdə fəaliyyət göstərən digər xidmət strukturlarının nümayəndələri daxil olacaq.

Millət vəkili Azay Quliyev qeyd edib ki, görüş yol-nəqliyyat infrastrukturunun optimallaşdırılmasına dair pilot layihə çərçivəsində səmərəli nəticələrin əldə edilməsi baxımından əhəmiyyətlidir.

Gununsesi.info