Koronavirusu məhv edən 2 sprey təsdiqləndi

  • By admin
  • 08 İyul 2020 20:39
Dünyanı təsiri altına alan koronavirusla bağlı peyvənd çalışmaları davam edərkən ABŞ-dan ümidverici bir xəbər gəlib.
Gununsesi.org xəbər verir ki, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi koronavirusu öldürən iki spreyi təsdiqlədiyini açıqlayıb. Agentlik tərəfindən hazırlanan spreylərin virusun səthlərə yayılmasının qarşısını aldığı və laboratoriya müayinələri nəticəsində koronavirua qarşı təsirli olduğu bildirilib.
Agentlik rəsmiləri tərəfindən edilən açıqlamada sözügedən hər iki spreyin koronavirusun yayılmasını əngəllədiyi və istifadə edilən səthləri dezinfeksiya etdiyi ifadə edilib.
Gununsesi.org