Kredit təşkilatının ofisindən külli miqdarda pul və qızıl-zinət oğurlayanlar tutuldu

  • By admin
  • 25 Yanvar 2017 10:02

lenk-1

Lənkəranda kredit təşkilatının ofisindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda təqsirli bilinən iki nəfər saxlanılıb.

Gununsesi.info-nun məlumatına görə, rayon-Şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, tutulan şəxslər təşkilatın əməkdaşı Ruslan Əzimov və onun tanışı Əkbərov Əvəz Yaşar oğludur.

Məlumatına görə, həmin şəxslərin “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının Lənkərandakı ofisindən apardıqları seyfin içərisində 7 min 500 ABŞ dolları, 3 min 500 manat, xeyli miqdarda qızıl-zinət əşyası, qurumun rəsmi sənədləri, möhürü olub.

Oğurlanan pul və digər əşyalar onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info