Kürdəmirdə nar bağında yanğın oldu

  • By admin
  • 21 İyul 2019 17:38

Kürdəmir rayonunda yerli sakinə məxsus nar bağında yanğın olub.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Muradxan kəndində Qəribov Laçın Qaybalı oğluna məxsus bağda qeydə alınıb.

Əraziyə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub.