Kürdüstanın qurulacağı tarix açıqlandı

  • Müəllif: admin
  • 05 May 2017 15:12

berzani

İraq Kürd Muxtar Vilayətində müstəqilliklə bağlı referendumun avqust ayında keçirilməsi planlaşdırılır.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin müşaviri Məhəmməd Hacı mətbuata açıqlamasında belə deyib.

M. Hacı bildirb ki, İraq Kürd Muxtar Vilayəti Yüksək Seçim Komissiyası referendum keçirilməsi ilə bağlı lazımi hazırlıqlarını davam etdirir.

Xatırladaq ki, mayın 2-də M. Bərzani bundan öncə Fransanın “Le Fiqaro” qəzetinə verdiyi müsahibədə kürdlərin müstəqilliklərini elan etməsinin zamanın gəldiyini bildirib. Ancaq o, İraqdan sülh, dialoq və danışıqlar yolu ilə ayrılmaq istədiklərini söyləyib.

Anar
Gununsesi.info