
Lənkəran rayonunun Xanbulan kənd sakininin 2 baş inəyini oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə ötən ilin dekabr ayında Xanbulan kənd sakini Ağayar Nağıyevin 2 baş inəyini kəndin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən Səpnəkəran kənd sakini Xəyal Həmzəyev tutulub.
Anar
Gununsesi.info












