Lənkəranda gənclər təntənə ilə hərbi xidmətə yola salındı - FOTOLAR

  • Müəllif: admin
  • 07 Aprel 2017 15:34

unnamed (13) 

Lənkəranın mərkəzi Heydər Əliyev Xatirə parkı bu gün çağırışçı gənclərə və onları təntənəli şəkildə yola salmağa gələnlərə məxsus idi.

Mərasimə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə start verilib.

Gununsesi.info-nun cənub bürosunun verdiyi xəbərə görə, həqiqi hərbi xidmətə yola salınan gənclərin şərəfinə düzənlənən tədbirdə rayon  icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanları rəhbərləri, Qarabağ müharibəsi veteranları, çağırışçı gənclər, ictimaiyyətin nümayəndələri iştirak edirdi.

Tədbirdə Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin rəisi mayor Tural Məmmədov, Milli Qəhrəman atası Ələkbər Əliyev, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair Etibar Vəliyev, valideynlər adından Məmmədağa Cahangirov, çağırışçı gənclər adından Araz Nurullayev ürək sözlərini və arzularını bildirərək gənclərin doğma yurda sağ və salamat, qalib əsgər kimi qayıtmalarını arzuladılar

unnamed (12)

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında gənclərə uğurlu yol,şərəfli xidmət,vətənin,torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı arzu dilədi. Taleh Qaraşov lənkəranlı gənclərin Vətənə ləyaqətlə xidmət edəcəklərinə, igidlik və şücaət göstərəcəklərinə inandığını bildirərək onlara hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edərək , geriyə qalib əsgər kimi ,qələbə müşdəsi ilə dönmələrini arzulayıb.

unnamed (11)

Məktəblilərdən ibarət “Gənc Aslanovçu”ların Vətənə, torpağa, Milli Orduya həsr olunmuş şeirləri səsləndirməsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda musiqi sədaları altında çağırışçı gənclər Azərbaycan bayrağına təzim edərək alqışlarla  hərbi xidmətə yola düşüblər.

Qələbə müşdəli ol, Azərbaycan əsgəri!.

Esmira İsmayılova

Lənkəran-Bakı

Gununsesi.info