Lerikə 40 sm qar yağıb

  • By admin
  • 07 Dekabr 2017 12:40

Hazırda da ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etməkdədir. Bəzi yerlərdə qar yağıb, ayrı-ayrı yerlərdə isə intensivləşib.

Məsələ ilə bağlı  Gununsesi.info Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra başçısının müavini, Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov  hazırda Lerikə elə də güclü qar yağmadığını bildirib.

“Qar örtüyünün hündürlüyü rayon mərkəzində təxminən 20-25 sm, dağlarda isə 35-40 sm-dir. Güclü şaxta müşahidə olunmur, hazırda qar yağmaqda davam edir. Kəndlərlə tez-tez əlaqə saxlanılır. Əhaliyə qazı, suyun və işığın verilməsində heç bir məhdudiyyət yoxdur. Lerik-Lənkəran yolu və kəndlərə gedən yollar açıqdır.  Lerikdə ümumi vəziyyət isə hazırda normaldır”.

Mail Ağaxanov

Gununsesi.info