
Lerik rayonuna dünən günorta saatlarından qar yağmağa başlayıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladı hallar komissiyasının sədri Habil Məlikovun Gununsesi.info-ya verdiyi xəbərə görə, rayonun Orand, Nuravut, Pirəsura və Sorsçay kəndlərinə 15 sm hündürlükdə qar yağıb. Rayon mərkəzinə isə 10 sm, aran kəndlərinə isə 5-10 sm-ə yaxın qar düşüb.
H.Məlikov qeyd edib ki, 5-10 santimetr yağan qar ucqar yaşayış məntəqələrinin sakinləri üçün hər hansı ciddi problem yaratmayıb. Lənkəran-Lerik şose yoluna daim nəzarət edildiyindən, nəqliyyat vasitələrinin intensiv hərəkətində məhdudiyyətlər qeydə alınmayıb. Elektrik enerjisinin verilməsində hər-han fasilələr yoxdur, hazırda qarın yağması dayanıb, gün çıxıb.

Gununsesi.info












