LGBT filmlərinə pul ayrılmadığı üçün baş nazir istefa verdi

  • By admin
  • 23 Avqust 2019 09:46

Braziliyada Mədəniyyət naziri Enrike Pires istefa verib.

Gununsesi.org “Folha de Sao Paulo” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ölkə başçısı Jair Bolsonarun LGBT mövzusunda çəkilən filmlərə maliyyə vəsaitinin dayandırması olub.

“Mən mədəniyyətdə filterin olmasını qəbul etmirəm”, – Pires açıqlamasında deyib.

Nəşrin məlumatına görə, Braziliya lideri transseksual və homoseksuallara aid dörd filmi kəskin tənqid edib. Prezident bildirib ki, bundan sonra dövlət fondu seksual mövzuda olan filmlər üçün maliyyə vəsaiti ayırmayacaq.

Gununsesi.org